Reklam resmi
Reklam resmi

Taylandda elektron siqaretin partlaması nəticəsində balıqçı ölüb

Taylandda elektron siqaretin partlaması nəticəsində balıqçı ölüb
Dünya

47 yaşlı balıqçı 18 oktyabrda kanalın sahilində cansız vəziyyətdə tapılıb. Hadisə zamanı onun ağzında, üzündə, sinəsində və sol qolunda çoxsaylı ağır xəsarətlər və yanıqlar müşahidə edilib, onu xilas etmək mümkün olmayıb.

Ajans.az The Thaiger-ə istinadən xəbər verir ki,əvvəlcə polis onun vurulmasından şübhələnib. Lakin məhkəmə ekspertlərinin araşdırması zamanı yaralarda çoxsaylı metal parçaları aşkar edilib və elektron siqaretin kişinin ağzında partladığı müəyyən olunub. Məlum olub ki, iti metal parçaları balıqçının sinəsini deşərək ağciyərlərinə və ürəyinə daxil olub.

“Güllə yaraları yox idi, yalnız elektron siqaretdən parçalar var idi. Ürəyi və ağciyərləri tamamilə məhv olub,” – deyə polis sözçüsü bildirib.

Məlumata görə, bu, Taylandda elektron siqaret batareyasının partlaması nəticəsində baş verən ilk ölüm hadisəsidir. Mütəxəssislər cihazın keyfiyyətsiz və ya saxta batareyadan ibarət olmasından şübhələnirlər, çünki oxşar hadisələr əvvəlki illərdə digər ölkələrdə də qeydə alınıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Tayland elektron siqaret

Digər Xəbərlər