Reklam resmi
Reklam resmi

Mask robot ordusu yaratmaq planlarını açıqladı

Mask robot ordusu yaratmaq planlarını açıqladı
Dünya

Amerikalı milyarder İlon Mask öz şirkəti Teslanın istehsal etdiyi Optimus humanoid robotlarından ibarət milyon nəfərlik robot ordusu yaratmağı planlaşdırdığını bəyan edib.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Wired nəşri yayıb.

Maskın sözlərinə görə, Optimus modelinin istehsal prototipi 2026-cı ilin fevral və ya mart aylarında hazır olacaq, tammiqyaslı istehsala isə gələn ilin sonlarında başlanacaq. Şirkət ümumilikdə bir milyon robot istehsal etməyi planlaşdırır.

Lakin Teslanın investorlarla görüşü zamanı Mask bu layihənin gələcəkdə nəzarətsiz şəkildə inkişaf edə biləcəyindən narahatlığını ifadə edib.

“Əgər bu robot ordusuna əhəmiyyətli dərəcədə təsir göstərə bilməyəcəyim bir vəziyyət yaranarsa, onun yaradılması mənə rahatlıq verməz,” – deyə Elon Mask bildirib.

author picture
Leyla Bayandurlu
Mövzular:
İlon Mask Tesla

Digər Xəbərlər