Daha bir ölkədə uçuşlar DAYANDIRILDI
Alaska Airlines aviaşirkəti kompüter sistemində yaranan texniki nasazlıq səbəbindən ölkə daxilində bütün uçuşlarını dayandırıb.
Ajans.az New York Post qəzetinə istinadən xəbər verir.
Məlumatda qeyd olunur:
“Alaska Airlines texniki problem səbəbindən ABŞ ərazisində bütün uçuşları ləğv edib.”
Şirkət rəsmi açıqlamasında bildirib ki, İT sistemindəki nasazlıq uçuşların müvəqqəti dayandırılmasına səbəb olub və problemi aradan qaldırmaq üçün texniki komanda dərhal işə başlayıb.
Nəşrin məlumatına görə, bu, son üç ay ərzində Alaska Airlines-də baş verən ikinci oxşar hadisədir.
Mövzular: