Reklam resmi
Reklam resmi

Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib

Qazaxıstan Azərbaycanla enerji sazişini təsdiqləyib
İqtisadiyyat

Qazaxıstan hökuməti Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığa dair saziş layihəsini təsdiqləyib.

Ajans.az xəbər verir ki, bu haqda ölkənin Nazirlər Kabinetinin qərarında qeyd olunub.

Sazişə əsasən, tərəflər əməkdaşlığı neft və qaz, bərpa olunan enerji mənbələri, qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirəcəklər.

Bildirilir ki, bu sənəd iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi və regionda enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Mövzular:
Qazaxıstan enerji saziş

Digər Xəbərlər