Məşhur qadın “kolqotkası” təsisçisi vəfat edib
Qadın taytları və alt paltarları istehsal edən məşhur Golden Lady şirkətinin yaradıcısı Nerino Qrassi 94 yaşında dünyasını dəyişib.
Ajans.az xəbər verir ki,bu barədə “Corriere della Sera” qəzeti şirkət nümayəndələrinə istinadən məlumat yayıb.
“Golden Lady” 1966-cı ildə İtaliyanın Mantua şəhərində təsis edilib. Nerino Qrassiyə sahibkarlıq fəaliyyətində həyat yoldaşı Erminia Speranzini dəstək olub, o isə dörd il əvvəl vəfat etmişdi.
Qrassi 2020-ci ildə Forbes jurnalının 100 ən zəngin italyan sahibkarı siyahısına daxil olub. 2010-cu ildə Golden Lady dünyanın ən böyük tayt istehsalçısı kimi tanınıb. Qrassinin kürəkəni isə məşhur alt paltarı brendi Calzedonianın qurucusudur.
Mövzular: