Reklam resmi
Reklam resmi

Güclü zəlzələ- bu ölkədə...

Güclü zəlzələ- bu ölkədə...
Dünya
1383

Rusiyanın Kamçatka diyarı sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Petropavlovsk-Kamçatskidən təxminən 233 kilometr məsafədə, 8,9 kilometr dərinlikdə yerləşib.

Hazırda zəlzələnin nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir. İlkin məlumata görə, dağıntı və ya tələfat barədə məlumat daxil olmayıb.

Kamçatka bölgəsi Rusiya Federasiyasının ən seysmik aktiv zonalarından biri hesab olunur və burada tez-tez orta və güclü maqnitudalı yeraltı təkanlar baş verir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Kamçatka zəlzələ

Digər Xəbərlər