Reklam resmi
Reklam resmi

Pezeşkian Azərbaycan dilində şeir oxudu

Pezeşkian Azərbaycan dilində şeir oxudu
Dünya

Bu gün İran prezidenti Məsud Pezeşkian Qərbi Azərbaycan vilayətinə səfəri çərçivəsində Urmiya şəhərində alimlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş keçirib. Görüş zamanı prezidentin Azərbaycan dilində şeir oxuması zalda böyük emosional anlara səbəb olub.

Ajans.az “Azad İran” teleqram kanalaına istinadən xəbər verir ki,Pezeşkian çıxışı zamanı böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasından bir parçanı səsləndirib. Prezidentin Azərbaycan dilində şeir oxuması iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

O, nitqini insanpərvərlik, vətənə sevgi və xeyirxahlıq ideyalarını vurğulayan misralarla müşayiət edib:

“Göy dumanlıdır, günlərimiz mehriban deyil, Bir-birindən ayrılma, Yaxşılar götürüldü, pislər yüksəldi, Yaxşılar bədbəxtliyə qərq oldular.”

Pezeşkianın Azərbaycan dilində çıxışı sosial şəbəkələrdə də geniş rezonans doğurub. İstifadəçilər onun bu addımını Azərbaycan mədəniyyətinə və dilinə göstərilən hörmətin nümunəsi kimi qiymətləndiriblər.



author picture
Leyla Bayandurlu
Mövzular:
İran Məsud Pezeşkian

Digər Xəbərlər