Reklam resmi
Reklam resmi

Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb

Tbilisidə 20-yə yaxın etirazçı saxlanılıb
Dünya

Gürcüstanın paytaxtı Tbilisidə 20-yə yaxın etirazçı qanun çərçivəsində saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Patrul polisinin qanunsuz hərəkətlərin yolverilməzliyi ilə bağlı dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, etirazçılar Rustaveli prospektində yolun hərəkət hissəsini qanuni əsas olmadan bağlayıblar", - məlumatda deyilir.

Bundan başqa, patrul maşınına minən gənc qadın avtoxuliqanlıq ittihamı ilə polis tərəfindən saxlanılıb.

Nazirlik bir daha etirazçıları yolu qanunsuz bağlamamağa və cinayət əməllərinə yol verməməyə çağırıb.

Mövzular:
Gürcüstan Tbilisi hadisə

Digər Xəbərlər