Reklam resmi
Reklam resmi

İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlanıb

İslandiyada ilk dəfə ağcaqanadlar aşkarlanıb
Dünya

İslandiyada ilk dəfə ağcaqanadlara rast gəlinib.

Ajans.az xəbər verir ki,bu barədə RUV telekanalı məlumat yayıb.

Entomoloq Björn Hjaltason oktyabrın 16-da axşam saatlarında qeyri-adi bir milçəyə bənzər həşərat gördüyünü və onu dərhal toplayaraq araşdırdığını bildirib.

Onun tapıntısını İslandiya Təbiət Tarixi İnstitutunun professoru Mattiás Alfredson təsdiqləyib. Alim, Hjaltasonun üç ağcaqanad nümunəsi kəşf etdiyini və onların Culiseta annulata növünə aid olduğunu bildirib. Bu növ yüksək soyuq şəraitə davamlılığı ilə tanınır.

Mütəxəssislər qeyd edirlər ki, bu kəşf İslandiya faunasında mühüm dəyişiklik ola bilər və iqlim dəyişikliyinin təsirləri ilə bağlı əlavə araşdırmalara ehtiyac yaradır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İslandiya ağcaqanad

Digər Xəbərlər