Reklam resmi
Reklam resmi

Onkoloji xəstəliklər tam sağalma qabiliyyətinə MALİKDİR

Onkoloji xəstəliklər tam sağalma qabiliyyətinə MALİKDİR
Sağlamlıq

MTV kanalında psixoloq Ülviyyə Murtuzovanın təqdimatında “Sənin Seçimin” verilişinin növbəti buraxılışı yayımlanıb.

Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu onkoloji xəstəliklər olub.

Mövzu ilə bağlı qonaq qismində Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli iştirak edib. 

Azad Kərimli bildirib ki, onkologiya dedikdə insanlar qorxurlar. O vurğulayıb ki, onkoloji xəstəliyin yaranma səbəbi dünyada bəlli deyil. Ancaq bu o demək deyil ki, bu xəstəliyin diaqnozu təsdiq olunubsa, başqa bir istiqamətə yönəltmək lazımdır. Onkoloji xəstəliklər də digər xəstəliklər kimi tam sağalma qabiliyyətinə malik olan xəstəlikdir. 

Onkologiya təbabətin xüsusi bir bölməsidir. Baş həkimin sözlərinə görə, toxumaların, hüceyrəvi elementlərin sürətlə çoxalması ilə xarakterizə olunan və orqanizmin təmizləyici  mexanizmlərinin təsiri ilə məhdudlaşmayan patoloji prosesdir. 

Ətraflı videoda:

Bu gönderiyi Instagram'da gör

Ajans.az (@ajans.az)'in paylaştığı bir gönderi

author picture
Tərlan Əmrahova
Mövzular:
Ülviyyə Murtuzova “Sənin Seçimin” Milli Onkologiya Mərkəzi Azad Kərimli Onkoloji xəstəliklər

Digər Xəbərlər