Reklam resmi
Reklam resmi

İsrail Qəzza ilə sərhəddə iki keçidi yenidən açdı

İsrail Qəzza ilə sərhəddə iki keçidi yenidən açdı
Dünya

İsrail hakimiyyəti Kerem Şalom və Kisufim sərhəd-keçid məntəqələrini yenidən istifadəyə verib.

Ajans.az xəbər verir ki,bu barədə ölkənin 12-ci televiziya kanalı məlumat yayıb.

Keçidlər bazar günü, Rəfah şəhəri yaxınlığında HƏMAS döyüşçülərinin açdığı atəş nəticəsində iki İsrail əsgərinin həlak olmasından sonra bağlanmışdı. Baş nazir Benyamin Netanyahu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək ordunu dərhal hərəkətə keçməyə çağırıb. Nəticədə İsrail ordusu Qəzza zolağında silsilə hava zərbələri endirib. Lakin oktyabrın 19-da axşam saatlarında bölgədə atəşkəs yenidən qüvvəyə minib.

Ynet portalı bildirir ki, ABŞ prezidentinin sülh üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və prezidentin kürəkəni Cared Kuşner bazar ertəsi İsrailə səfər ediblər. Axios-un məlumatına görə, onların səfəri atəşkəs rejiminin sabitləşdirilməsi və sülh danışıqlarında növbəti mərhələyə keçid üçün konkret addımların razılaşdırılmasına yönəlib.

ABŞ-ın vitse-prezidenti C.D. Vens də yaxın günlərdə İsrailə yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini təsdiqləyib və bu heyətə özü də rəhbərlik edə biləcəyini istisna etməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Qəzza

Digər Xəbərlər