Avropa İttifaqı 2028-ci ildən Rusiya qazının alınmasını qadağan edib
Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasının 2028-ci il yanvarın 1-dən Rusiyadan təbii qaz idxalının tam qadağan olunması təklifini təsdiqləyib. Qadağa həm boru kəməri, həm də mayeləşdirilmiş təbii qazın alınmasına şamil ediləcək və mərhələli şəkildə həyata keçiriləcək.
Ajans.az xəbər verir ki, 2026-cı il yanvarın 1-dən yeni müqavilələrin bağlanması qadağan olunur, qısamüddətli müqavilələr isə 2026-cı il iyunun 17-dək, uzunmüddətli müqavilələr isə 2028-ci ilin yanvarın 1-dək davam edə bilər.
Qadağanın qüvvəyə minməsi üçün Avropa Parlamenti tərəfindən təsdiqlənməsi tələb olunur. Parlament qadağanın daha sərt formasında – 2027-ci ilin yanvarından başlamağını istəyir.
Qeyd edilir ki, bu qərar Aİ-nin ticarət siyasəti çərçivəsində qəbul olunub və üzv dövlətlərin vetoları aradan qaldırılıb. Beləliklə, Slovakiya və Macarıstanın etirazlarına baxmayaraq, qərar səs çoxluğu ilə təsdiqlənib. Avropa Komissiyası qadağanın Ukraynadakı münaqişənin gedişindən asılı olmayaraq daimi olacağını vurğulayır.
Mövzular: