Urmiya gölü on il ərzində dirçələ bilər
Urmiya gölünün bərpası mümkündür.
Ajans.az "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, İranın su və ətraf mühit üzrə eksperti Möhsün Xansari bildirib.
Onun sözlərinə görə, gölün bərpası üçün iki əsas strateji sənədin tam icrası vacibdir. Əgər hər il gölə ekoloji su payı ayrılarsa, təxminən on il ərzində onun tarazlıq vəziyyətinə gətirilməsi mümkündür.
Xansari əlavə edib ki, Həsən Ruhani hökuməti dövründə təsdiqlənmiş 27 maddəlik bərpa planı bu gün də davam etdirilməlidir. “Urmiya gölünün təkcə mühəndis deyil, həm də idarəetmə və proqramlaşdırma həllərinə ehtiyacı var”, – deyə ekspert vurğulayıb.
Mövzular: