Reklam resmi
Reklam resmi

Cənubi Koreyada uşağı qətlə yetirən müəllimə ömürlük həbs cəzası verilib

Cənubi Koreyada uşağı qətlə yetirən müəllimə ömürlük həbs cəzası verilib
Dünya

Cənubi Koreyada səkkiz yaşlı məktəbli qızın qətlində təqsirli bilinən müəllimə ömürlük həbs cəzası verilib.

Ajans.az xəbər verir ki,hadisə ölkə ictimaiyyətində böyük rezonans doğurub.

48 yaşlı Myeong Jae-wan bu ilin fevral ayında Daejeon şəhərində yerləşən məktəbdə səkkiz yaşlı Kim Hae-neul-u sinif otağına aldadaraq aparıb və bıçaqlayaraq qətlə yetirib. Prokurorlar onun üçün ölüm cəzası tələb etsə də, məhkəmə bu addımı atmayıb.

Məhkəmənin qərarında qeyd olunub ki, təqsirləndirilənin gələcəkdə cinayət törətmə ehtimalı yüksək olsa da, onu edam etmək üçün kifayət qədər əsas yoxdur. Myeong-a ömürlük həbs cəzası ilə yanaşı, 30 il müddətinə elektron yer müəyyənetmə cihazı da taxılacaq.

Prokurorluğun məlumatına görə, Myeong hadisədən əvvəl ruhi pozuntular səbəbindən psixi sağlamlıq müalicəsi alıb və bir müddətlik işdən uzaqlaşdırılıb. Lakin həkim onun yenidən dərs deməyə qadir olduğunu bildirəndən sonra cəmi 20 gün ərzində məktəbə qayıdıb. Təhsil idarəsi bildirib ki, o, cinayətdən bir neçə gün əvvəl aqressiv davranışlar nümayiş etdirib, o cümlədən həmkarlarından birinə fiziki təzyiq göstərib.

İstintaq zamanı Myeong polisə bildirib ki, həmin gün özünü və təsadüfi seçilmiş bir uşağı öldürməyi planlaşdırıb. O, qurbanı əvvəlcə media otağına apararaq təcrid edib, daha sonra hücum edib. Myeong-un özü də hadisə zamanı boynundan xəsarət alıb və bu zərbənin özünə qarşı yönəldiyini bildirib. O, xəstəxanaya yerləşdirilərək tikiş olunub.

Cinayət hadisəsindən sonra ölkənin o dövrki siyasi rəhbərliyi məktəblərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıb.

Məhkəmənin hökmündə vurğulanıb: “İbtidai sinif müəllimi olaraq, təqsirləndirilən şəxs uşaqları qorumaqla məsuliyyət daşıyırdı. Lakin o, məktəb kimi təhlükəsiz sayılan bir məkanda vəhşicəsinə cinayət törətdi.”

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Cənubi Koreya hadisə

Digər Xəbərlər