Reklam resmi
Reklam resmi

Üç uşaq evdə yanaraq ölüb -bu ölkədə...

Üç uşaq evdə yanaraq ölüb -bu ölkədə...
Dünya

Rusiyanın Transbaykal diyarında yerləşən Çikiçi kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində üç azyaşlı uşaq həyatını itirib.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi rəsmi Telegram kanalında məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Sretensky Bələdiyyə rayonunda yerləşən iki mənzilli yaşayış binasında böyüklər uşaqları nəzarətsiz buraxıblar. İlkin məlumata əsasən, uşaqlar evdə tək qalıblar, ana onları qapını bağlayaraq evdə tək qoyub.

Yanğın nəticəsində iki və dörd yaşlı uşaqlar ağır dərəcəli xəsarətlər alıb, bir yaşlı körpə isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisə yerində dövlət yanğın nəzarəti müfəttişləri və yanğınsöndürmə laboratoriyasının əməkdaşları araşdırma aparır. Yanğının səbəbləri hələlik müəyyən edilməyib.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, hazırda hüquq-mühafizə orqanları ilə birgə istintaq tədbirləri davam etdirilir. Valideyn məsuliyyətsizliyi əsas versiyalardan biri kimi nəzərdən keçirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya faciə

Digər Xəbərlər