Reklam resmi
Reklam resmi

Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var

Avropada mühüm toplantı: siyahıda Azərbaycan da var
Dünya

Avropa İttifaqı (Aİ) Şurasının “Regionlararası təhlükəsizlik və əlaqə” mövzusunda xarici işlər nazirlərinin iclası keçiriləcək.

Ajans.az xəbər verir ki, görüşdə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, AB-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos, Türkiyə xarici işlər naziri Hakan Fidan və Azərbaycan, Ermənistan, Moldova, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.

Oktyabrın 19-20-də Lüksemburq şəhərində baş tutacaq iclasda müxtəlif mövzular, o cümlədən rəsmi Moskvaya qarşı sanksiyalar paketi, Rusiya-Ukrayna müharibəsi, Qara dənizin strateji əhəmiyyəti, Yaxın Şərqdəki vəziyyət, regionda mövcud geosiyasi proseslərin və təhlükəsizlik dinamikası müzakirə olunacaq.

Mövzular:
Avropa ittifaqı toplantı açıqlama

Digər Xəbərlər