Reklam resmi
Reklam resmi

Rusiyada güclü PARTLAYIŞ - Ölənlər var

Rusiyada güclü PARTLAYIŞ - Ölənlər var
Dünya
1308

Rusiyanın Başqırdıstan Respublikasının Sterlitamak şəhərində yerləşən “Avangard” hərbi zavodunda güclü partlayış baş verib.

Ajans.az xəbər verir ki, hadisə nəticəsində 3 qadın həlak olub, 5 nəfər isə xəsarət alıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Başqırdıstanın rəhbəri Radi Xabirov teleqram kanalındakı paylaşımında bildirib ki, partlayış zamanı zavodun binalarından biri dağılıb, həlak olanlardan biri 2002-ci il təvəllüdlü gənc qızdır.

Qeyd edək ki, “Avangard” müəssisəsi Rusiyanın ən iri müdafiə sənayesi obyektlərindən biridir və dövlət sifarişi ilə hərbi məhsullar istehsal edir.

Mövzular:
Rusiya Başqırdıstan Respublikası “Avangard” hərbi zavodu

Digər Xəbərlər