Reklam resmi
Reklam resmi

"Titan"ın qəza səbəbi açıqlandı

\"Titan\"ın qəza səbəbi açıqlandı
Dünya

ABŞ-ın Nəqliyyat Təhlükəsizliyi üzrə Milli Şurası (NTSB) 2023-cü ilin iyununda “Titanik” gəmisinin qalıqlarına eniş zamanı partlayaraq məhv olan “Titan” batiskafının qəzaya uğramasına səbəb olan əsas amili açıqlayıb.

Ajans.az axsam-a istinadən xəbər verir ki, hesabata əsasən, fəlakətə konstruktor səhvləri və layihələndirmə zamanı buraxılan ciddi nöqsanlar səbəb olub. Araşdırmalar nəticəsində məlum olub ki, batiskafın sahibi olan "Ocean Gate" şirkətində istifadə olunan mühəndislik və texnoloji proseslər sənaye standartlarına cavab verməyib. “Titan”ın konstruksiyası davamlılıq və aşınmaya dözümlülük baxımından tələb olunan normalara uyğun olmayıb.

"Ocean Gate" şirkəti aparatla bağlı kifayət qədər sınaq aparmadığı üçün onun real texniki göstəricilərindən xəbərsiz olub.

Mövzular:
ABŞ Donald Tramp Dünya

Digər Xəbərlər