Reklam resmi
Reklam resmi

Günəşdə iki güclü partlayış qeydə alınıb

Günəşdə iki güclü partlayış qeydə alınıb
Dünya

Günəşdə ardıcıl olaraq iki güclü M sinifli partlayış baş verib.

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Partlayışlar oktyabrın 17-nə keçən gecə baş verib. Birinci alışma Moskva vaxtı ilə saat 02:19-da qeydə alınıb və M1.0 gücündə olub. İkinci partlayış isə saat 04:28-də baş verib və M1.5 səviyyəsinə çatıb. Bundan əlavə, daha iki zəif partlayış da saat 01:54 və 08:54-də müşahidə olunub.

Laboratoriyadan verilən açıqlamaya görə, hazırda bu alışmalar Yerə birbaşa təhlükə yaratmır və Yerin maqnitosferinə hər hansı mənfi təsir gözlənilmir. Alimlər bildiriblər ki, oktyabrın 12-də başlayan günəş aktivliyinin pik həddi artıq arxada qalıb, lakin növbəti 2-3 gün ərzində Günəşdəki fəallığın yüksək olaraq qalacağı ehtimal olunur.

“Böyük günəş ləkələri qrupları bu səhər Günəşin mərkəzi hissələrini tərk ediblər və hazırda görünən diskin kənarında yerləşirlər. Bu səbəbdən onların Yerin maqnitosferinə əlavə təsiri gözlənilmir”, – deyə laboratoriyanın açıqlamasında bildirilir.

Alimlər həmçinin qeyd ediblər ki, hazırda Günəş diskinin görünən hissəsində böyük tac dəliyi müşahidə olunur və bu, potensial təsir faktorları arasında qiymətləndirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Günəş partlayış

Digər Xəbərlər