Reklam resmi
Reklam resmi

Kriştiano Ronaldo Forbes-in 2025-ci il siyahısına başçılıq edir

Kriştiano Ronaldo Forbes-in 2025-ci il siyahısına başçılıq edir
İdman

“Forbes” dünyanın ən çox qazanan futbolçularının 2025-ci il üzrə siyahısını açıqlayıb.Nüfuzlu maliyyə jurnalı siyahının tərtibində futbolçuların həm meydandakı qazancını (maaş və bonuslar daxil olmaqla), həm də meydandan kənar fəaliyyətlərdən — sponsorluq müqavilələri, reklam çəkilişləri və tədbirlərdə iştirakdan əldə etdikləri gəlirləri nəzərə alıb.

Ajans.az “Forbes”-a istinadən xəbər verir ki, siyahıya daxil olan 10 futbolçu ümumilikdə 945 milyon dollar qazanıb. Bu rəqəm ötən illə müqayisədə 4 faiz azdır.

2025-ci ildə dünyanın ən çox qazanan futbolçuları:

  1. Kriştiano Ronaldo (Əl-Nəsr) – 280 milyon dollar • Meydanda: 230 milyon dollar • Meydandan kənarda: 50 milyon dollar
  2. Lionel Messi (İnter Mayami) – 130 milyon dollar • Meydanda: 60 milyon dollar • Meydandan kənarda: 70 milyon dollar
  3. Kərim Benzema (Əl-İttihad) – 104 milyon dollar • Meydanda: 100 milyon dollar • Meydandan kənarda: 4 milyon dollar
  4. Kilian Mbappe (Real Madrid) – 95 milyon dollar • Meydanda: 70 milyon dollar • Meydandan kənarda: 25 milyon dollar
  5. Erlinq Haaland (Mançester Siti) – 80 milyon dollar • Meydanda: 60 milyon dollar • Meydandan kənarda: 20 milyon dollar
  6. Vinisius Junior (Real Madrid) – 60 milyon dollar • Meydanda: 40 milyon dollar • Meydandan kənarda: 20 milyon dollar
  7. Mohamed Salah (Liverpul) – 55 milyon dollar • Meydanda: 35 milyon dollar • Meydandan kənarda: 20 milyon dollar
  8. Sadio Mane (Əl-Nəsr) – 54 milyon dollar • Meydanda: 50 milyon dollar • Meydandan kənarda: 4 milyon dollar
  9. Jude Bellingham (Real Madrid) – 44 milyon dollar • Meydanda: 29 milyon dollar • Meydandan kənarda: 15 milyon dollar
  10. Lamine Camal (Barselona) – 43 milyon dollar • Meydanda: 33 milyon dollar • Meydandan kənarda: 10 milyon dollar

 

author picture
Leyla Bayandurlu
Mövzular:
“Forbes” Kriştiano Ronaldo

Digər Xəbərlər