Fici sahillərində güclü zəlzələ
Fici Respublikasına daxil olan Kandavu adasının cənubunda 5,3 bal gücündə zəlzələ baş verib.
Ajans.az xəbər verir ki,bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri adadan təxminən 400 kilometr məsafədə, zəlzələnin ocağı isə 550 kilometr dərinlikdə yerləşib. Kandavu adasında 10 mindən çox insan yaşayır.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi də elan edilməyib.
Artçı təkanlarla bağlı rəsmi məlumat verilməsə də, seysmoloqlar bölgədə seysmik fəallığın davam edə biləcəyini istisna etmirlər.
Mövzular: