Reklam resmi
Reklam resmi

Papa XIV Leo: “Aclığın münaqişələrdə silah kimi istifadəsi müharibə cinayətidir”

Papa XIV Leo: “Aclığın münaqişələrdə silah kimi istifadəsi müharibə cinayətidir”
Dünya

Papa XIV Leo münaqişə bölgələrində aclığın silah kimi istifadəsini kəskin şəkildə pisləyib.

Ajans.az xəbər verir ki,Pontifik bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş qərargahında keçirilən və təşkilatın 80 illik yubileyinə həsr olunmuş Ümumdünya Ərzaq Günü tədbirində çıxışı zamanı səsləndirib.

“Bugünkü münaqişə ssenarilərində biz aclığın silah kimi istifadəsini müşahidə edirik. Görünür, aclığın müharibə cinayəti olması ilə bağlı beynəlxalq hüquqda qəbul edilmiş prinsip tədricən unudulur”, – deyə Papa vurğulayıb.

O, aclığın silahlaşdırılmasının “hədsiz və qəbuledilməz vəziyyət” olduğunu qeyd edib və bu praktikanın tamamilə dayandırılmasının vacibliyini bildirib.

Pontifik, həmçinin 2030-cu ilə qədər “Sıfır aclıq” hədəfinə çatmağın yalnız “qətiyyətli siyasi və ictimai iradə” ilə mümkün olduğunu deyib:

“Bütün səyləri həmrəylik ruhunda səfərbər etməliyik ki, dünyada heç kim aclıqdan əziyyət çəkməsin”, – Papa XIV Leo əlavə edib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Papa XIV Leo BMT

Digər Xəbərlər