Modelin keçmiş sevgilisi tərəfindən bıçaqlanaraq qətlə yetirilib
İtaliyanın tanınmış modeli və televiziya ulduzu Pamela Genini keçmiş sevgilisi tərəfindən Milandakı mənzilinin balkonunda bıçaqlanaraq qətlə yetirilib.
Ajans.az xəbər verir ki,hadisə ilə bağlı Il Fatto Quotidiano nəşri məlumat yayıb.
Məlumata görə, 29 yaşlı modelin keçmiş sevgilisi, 52 yaşlı Canluka Soncin, münasibətlərini bərpa etmək ümidi ilə əvvəllər əldə etdiyi açar surətindən istifadə edərək Genininin mənzilinə daxil olub.
Hadisə zamanı tərəflər arasında mübahisə yaranıb. Mübahisə gərginləşdikdə Pamela Genini polisə zəng etməyə müvəffəq olub, lakin bu, onun həyatını xilas etmək üçün kifayət etməyib. Canluka Soncin balkonda gənc modeli bıçaqlayaraq qətlə yetirib.
Mövzular: