Reklam resmi
Reklam resmi

Netanyahu: İsrail HƏMAS-ı tamamilə məhv edəcək

Netanyahu: İsrail HƏMAS-ı tamamilə məhv edəcək
Dünya

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin HƏMAS-ı tamamilə məhv etməkdə qətiyyətli olduğunu bəyan edib.

Ajans.az xəbər verir ki,bu barədə RIA Novosti məlumat yayıb.

“Biz gələcək uzun illər ərzində həyatımızı müəyyən edəcək tam qələbəyə nail olmaq əzmindəyik”, – deyə Netanyahu bildirib.

O, həmçinin vurğulayıb ki, İsrailə qarşı əl qaldıran hər kəs bunun əvəzini çox yüksək qiymətlə ödəyəcəyini artıq bilir.

Qeyd edək ki, İsrail və HƏMAS arasında gərginlik son aylar daha da artıb. İsrail tərəfi münaqişənin tam həllinə doğru addımlar atdığını bəyan etsə də, bölgədə vəziyyət hələ də qeyri-sabit olaraq qalır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Qəzza

Digər Xəbərlər