Hollivudun iki məşhur siması ayrılıb
Hollivudun iki məşhur siması – Tom Kruz və Ana de Armas arasındakı doqquz aylıq münasibət sona çatıb. Cütlük qarşılıqlı razılıqla ayrılmaq qərarına gəlib.
Ajans.az Daily Mail-a istinadən xəbər verir ki, 63 yaşlı Tom Kruz və 37 yaşlı Ana de Armas münasibətlərində artıq "qığılcımın qalmadığını" anlayaraq ayrılığa qərar veriblər.
Cütlüyə yaxın mənbə bildirib ki, onlar ayrılığı dostcasına həyata keçiriblər:
“Tom və Ana birlikdə gözəl vaxt keçirdilər, amma münasibətləri bitdi. Onlar yaxşı dost olaraq qalacaqlar, lakin artıq görüşmürlər. Uzun müddətli birlikdəlik mümkün görünmürdü və hər iki tərəf dost qalmağın ən düzgün yol olduğuna qərar verdi”, – deyə mənbə vurğulayıb.
Hazırda hər iki aktyor öz peşəkar fəaliyyətinə fokuslanıb və şəxsi həyatları ilə bağlı əlavə açıqlama verməyiblər.
Mövzular: