Reklam resmi
Reklam resmi

Aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib

Aktyor Arif Erkin Güzelbeyoğlu vəfat edib
Dünya

Türkiyənin tanınmış teatr və televiziya aktyoru Arif Erkin Güzelbeyoğlu 90 yaşında vəfat edib.

Ajans.az xəbər verir ki, tamaşaçılara xüsusilə məşhur "Yabancı Damat" serialındakı "Memik Dədə" obrazı ilə tanış idi.

Veteran aktyorun ölüm xəbərini oğlu Mehmet Güzelbeyoğlu ictimaiyyətə açıqlayıb. Aktyorun dəfn mərasimi ilə bağlı isə hələlik rəsmi məlumat verilməyib.

Arif Erkin Güzelbeyoğlu zəngin sənət karyerası ərzində "İkinci Bahar", "Bizimkiler", "Doksanlar", "Canım Ailem", "Muhteşem Yüzyıl" kimi məşhur seriallarda da yaddaqalan obrazlar canlandırıb.

O, cəmi bir ay öncə – sentyabr ayında – 90 illik yubileyini qeyd etmişdi.

Türk teatr və televiziya sənətində dərin iz qoymuş Güzelbeyoğlunun vəfatı sənət camiəsində böyük kədər doğurub.

author picture
Leyla Bayandurlu
Mövzular:
Arif Erkin Güzelbeyoğlu Türkiyə

Digər Xəbərlər