Böyük Britaniya Rusiyanı təhdid edib
Böyük Britaniyanın müdafiə naziri Con Healey bəyan edib ki, Rusiya tərəfindən Avropa hava məkanının pozulması halında NATO tam gücü ilə cavab verəcək.
Ajans.az “The Standard”-a istinadən xəbər verir.
"Heç bir şübhə olmamalıdır: NATO-ya təhdid olarsa, biz hərəkətə keçəcəyik. Və biz bütün gücümüzlə eskalasiyaya cavab verməliyik", – deyə Healey bildirib.
Nazir iddia edilən hava məkanı pozuntularını “ehtiyatsız, təhlükəli və qəbuledilməz” adlandırıb. O, həmçinin Böyük Britaniyanın NATO-nun “Şərqi Gözətçi” missiyası çərçivəsində Polşada RAF Typhoon qırıcıları ilə patrul xidmətində iştirakının ilin sonuna qədər davam edəcəyini təsdiqləyib.
Con Healey eyni zamanda Ukrayna üçün dron tədarükünün artırıldığını açıqlayıb. Onun sözlərinə görə, son 6 ayda Böyük Britaniya Ukraynaya 85 mindən çox pilotsuz uçuş aparatı göndərib.
Mövzular: