Reklam resmi
Reklam resmi

Suriya Prezidenti Əhməd əş-Şaraa Kremlə səfər edib

Suriya Prezidenti Əhməd əş-Şaraa Kremlə səfər edib
Dünya

Suriya Prezidenti Əhməd əş-Şaraa Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq məqsədilə Kremlə səfər edib.

Ajans.az xəbər verir ki,bu barədə “RİA Novosti” məlumat yayıb.

Rusiya Prezidentinin mətbuat katibinin daha əvvəl verdiyi açıqlamaya əsasən, görüş zamanı əsas müzakirə mövzularından biri Suriyadakı Rusiya hərbi bazalarının gələcək taleyi olacaq.

Qeyd edək ki, oktyabrın 13-də Rusiya Xarici İşlər naziri Sergey Lavrov ərəb ölkələrinin jurnalistləri ilə keçirdiyi görüş zamanı bildirib ki, Dəməşq Rusiyanın Suriyada hərbi mövcudluğunun davam etdirilməsində maraqlıdır. Lakin Lavrov əlavə edib ki, mövcud geosiyasi şəraitə uyğun olaraq bu bazalara yeni funksiyalar verilə bilər.

Rusiya hazırda Suriyanın Tartus limanında hərbi-dəniz bazasına və Xmeymimdə hərbi-hava bazasına sahibdir. Tərəflərin bu mövcudluğun formatı və müddəti ilə bağlı danışıqlar aparacağı gözlənilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Əhməd əş-Şaraa Vladimir Putin

Digər Xəbərlər