Reklam resmi
Reklam resmi

Rusiya Gürcüstana təzminat ödəməyəcək

Rusiya Gürcüstana təzminat ödəməyəcək
Dünya

Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Gürcüstana təzminat ödənilməsi ilə bağlı qərarına əməl etməyəcək.

Ajans.az xəbər verir ki,bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov "RİA Novosti" agentliyinə açıqlamasında bildirib.

Peskov jurnalistlərin müvafiq qərarın icrası ilə bağlı sualına cavab olaraq deyib: "Biz hesab edirik ki, bu ayrı məsələdir, ayrı məsələdir və biz qərara əməl etməyəcəyik."

Xatırladaq ki, AİHM oktyabrın 10-da Gürcüstanın Rusiyaya qarşı işində Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsinə (ədalətli kompensasiya) əsasən qərar çıxarıb. Qərara əsasən, Rusiya 2006-cı ildə Gürcüstan vətəndaşlarının kütləvi saxlanılması və deportasiyası ilə bağlı insan hüquqlarının pozulmasına görə 29 000-dən çox zərərçəkmişə ümumilikdə 253 milyon 18 min avro məbləğində mənəvi təzminat ödəməlidir.

AİHM-in qərarında vurğulanır ki, təzminat məbləği Rusiyanın məsuliyyət daşıdığı sistematik insan hüquqları pozuntularına görə təyin olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Gürcüstan Dmitri Peskov

Digər Xəbərlər