Reklam resmi
Reklam resmi

Zelenski Odessa merinin vətəndaşlığını ləğv etdi

Zelenski Odessa merinin vətəndaşlığını ləğv etdi
Dünya

Ukrayna prezidenti Vladimir Zelenski Odessa meri Gennadi Truxanovun Ukrayna vətəndaşlığını ləğv edib.

Ajans.az xəbər verir ki,bu barədə RBC-Ukrayna mənbələrə istinadla xəbər yayıb.

Məlumata görə, Truxanovla yanaşı, sabiq deputat Oleh Tsarev və balet artisti Sergey Polunin də vətəndaşlıqdan məhrum olunublar.

Truxanovun Rusiya pasportuna sahib olması və dövlət əleyhinə çıxışlar etməsi ilə bağlı iddialar daha əvvəl ictimai müzakirələrə səbəb olmuşdu. Prezident Aparatının saytında onun vətəndaşlıqdan çıxarılmasını tələb edən petisiya da 25 min imza toplayıb.

Zelenski həmçinin bəyan edib ki, Rusiya ilə əlaqəli şəxslərlə bağlı fərmanlar imzalanıb və müvafiq araşdırmalar davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna Vladimir Zelenski Gennadi Truxanov

Digər Xəbərlər