Reklam resmi
Reklam resmi

Peskov: Rusiya Ukrayna ilə dialoqa açıqdır

Peskov: Rusiya Ukrayna ilə dialoqa açıqdır
Dünya

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Moskva Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə hazırdır.

Ajans.az TASS agentliyinə istinadən xəbnər verir ki, Peskov bu barədə keçirdiyi brifinq zamanı danışıb:

“Rusiya tərəfi öz açıqlığını və dinc dialoqa hazırlığını qoruyur”, – deyə Kremlin sözçüsü bildirib.

O, əlavə edib ki, Moskva danışıqlar masasına oturmağa hər zaman hazır olub, lakin bunun üçün qarşı tərəfdən də eyni dərəcədə siyasi iradə tələb olunur.

Hazırda Ukrayna və Rusiya arasında birbaşa sülh danışıqları aparılmır. Beynəlxalq vasitəçilər isə münaqişənin diplomatik həlli yollarının axtarışı istiqamətində səylərini davam etdirirlər.

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Ukrayna Dmitri Peskov

Digər Xəbərlər