Reklam resmi
Reklam resmi

Ərdoğan Netanyahunun gəlişini ləğv etdi

Ərdoğan Netanyahunun gəlişini ləğv etdi
Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, **“Sülh naminə Şarm əl-Şeyx Zirvəsi”**ndə iştirak etmək üçün Türk Hava Yollarına məxsus təyyarə ilə Misirin Şarm əl-Şeyx şəhərinə yola düşüb. Lakin İsrailin baş naziri Binyamin Netanyahunun sammitə qatılacağı barədə məlumat aldıqdan sonra, prezident Ərdoğanın təyyarəsinin enişi müvəqqəti olaraq təxirə salınıb.

Ajans.az diplomatik mənbələrə istinadən xəbər verir ki, Misir Rəyasət Heyətinin İsrail baş nazirinin də sammitdə iştirak edəcəyini açıqlamasının ardından, Ərdoğan uçuş heyətinə hava limanından yan keçməyi tapşırıb. Təyyarə uçuş-enmə zolağına yaxınlaşsa da, yerə enməyib və bunun əvəzinə Qırmızı dəniz üzərində gözləmə rejiminə keçib.

Az sonra Misir tərəfi Netanyahunun zirvəyə qatılmayacağı barədə məlumat verib. Bundan sonra prezident Ərdoğanı daşıyan təyyarə marşrutunu bərpa edərək təhlükəsiz şəkildə Şarm əl-Şeyx Beynəlxalq Hava Limanına enib.

Türkiyə tərəfi rəsmi mövqeyində Netanyahunun iştirak etdiyi platformada yer almaq istəmədiklərini bildirib. Qeyd olunur ki, sammitin əsas gündəm mövzusu Qəzza zolağındakı humanitar fəlakət və atəşkəs çağırışlarıdır.

Xatırladaq ki, prezident Ərdoğan regionda baş verən son hadisələrlə bağlı dəfələrlə İsrailin hərbi əməliyyatlarını sərt şəkildə tənqid edib və Qəzza üçün beynəlxalq səviyyədə təcili tədbirlərin görülməsinə çağırış edib.

Начало формы

Конец формы

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rəcəb Tayyib Ərdoğan Türkiyə

Digər Xəbərlər