Reklam resmi
Reklam resmi

HƏMAS Trampın Qəzza ilə bağlı bəyanatını alqışladı

HƏMAS Trampın Qəzza  ilə bağlı bəyanatını alqışladı
Dünya

Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın Qəzza zolağında müharibənin başa çatdığını bildirən bəyanatını alqışlayıb.

Ajans.az xəbər verir ki,bu barədə təşkilatın sözçüsü Hazem Qassem öz Telegram kanalında məlumat verib.

“Biz İsrailin Qəzzadakı müharibəsinin sona çatdığını açıq şəkildə təsdiq edən ABŞ prezidenti Trampın bəyanatını alqışlayırıq”, – deyə Qassem bildirib.

HƏMAS eyni zamanda vasitəçi ölkələri və digər maraqlı tərəfləri bölgədəki vəziyyəti diqqətlə izləməyə, fələstinlilərə qarşı təcavüzün təkrar başlanmasının qarşısını almağa çağırıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Qəzza ilə bağlı əldə olunan razılaşmanın “yeni Yaxın Şərqin tarixi şəfəqi” olduğunu bəyan edib və bölgə sakinlərini diqqəti iqtisadi inkişafa və sabitliyə yönəltməyə səsləyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ Donald Tramp

Digər Xəbərlər