Reklam resmi
Reklam resmi

Berlində qadın Rusiya səfirliyinin mühafizəçilərini bıçaqla hədələyib

Berlində qadın Rusiya səfirliyinin mühafizəçilərini bıçaqla hədələyib
Dünya

Almaniyanın paytaxtı Berlində Rusiya səfirliyinin mühafizəçilərinə qarşı bıçaqlı hücum cəhdi baş verib.

Ajans.az Berliner Kurier nəşrinə istinadən xəbər verir ki,insident səfirliyin yerləşdiyi Mitte bölgəsində qeydə alınıb.

Məlumata əsasən, 31 yaşlı qadın qəfil özünü itirərək bıçaqla mühafizəçilərə hücum etməyə çalışıb. Hücum zamanı o, irqçi ifadələr səsləndirib və bıçağı birbaşa asayiş keşikçisinin üzünə yönəldib. Lakin mühafizəçi xidməti silahdan istifadə etmə ehtimalı səbəbilə qadın qaçaraq ərazidən uzaqlaşmağa çalışıb.

Polis əməkdaşları qadını tezliklə saxlayıb və onu tibbi müayinədən keçirmək üçün xəstəxanaya aparıblar. Hücum edən şəxsin alkoqol, narkotik və ya digər maddələrin təsiri altında olub-olmadığı qan analizi nəticəsində müəyyənləşdiriləcək.

Hadisənin motivləri və digər detallarla bağlı istintaq davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Rusiya səfirliyi

Digər Xəbərlər