Reklam resmi
Reklam resmi

İsrail Avropaya ultimatum verdi

İsrail Avropaya ultimatum verdi
Dünya

İsrail, Avropa İttifaqına (Aİ) açıq mesaj göndərərək, Qəzza sülh prosesi çərçivəsində yaradılması planlaşdırılan “Sülh Şurası”nda iştirak imkanını itirə biləcəyi ilə bağlı Avropanı xəbərdar edib.

Ajans.az Politico-ya istinadən xəbər verir ki, bu açıqlama İsrailin Aİ-dəki yeni səfiri Avi Nir-Feldklein tərəfindən səsləndirilib. O bildirib ki, Avropa İttifaqı İsrailin baş naziri Benyamin Netanyahunun hökuməti ilə tam əməkdaşlığı bərpa etməsə, Avropa tərəfi ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Qəzza sülh təşəbbüsündə kənarda qala bilər.

“Əgər biz münasibətlərimizin əsasını təşkil edən məsələləri hələ də masa üzərində saxlayırıqsa, Qüdsdə Avropanın Sülh Şurasına daxil edilməsinə dair açıq istək gözlənilməməlidir”, – deyə İsrail diplomatı vurğulayıb.

Avi Nir-Feldklein İsrail ilə Aİ arasında münasibətlərin “yenidən sıfırlanması” üçün iki əsas məsələni önə çəkib:

  1. Avropa İttifaqı, İsrailin akademik və dövlət qurumları ilə birgə proqramlara maliyyə dəstəyini bərpa etməlidir;
  2. Aİ tərəfindən İsraillə Assosiasiya Sazişinin dayandırılması təhlükəsi aradan qaldırılmalıdır.

Diplomat əlavə edib ki, İsrailin xarici işlər naziri Gideon Saar, Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas ilə “Sülh Şurası”nın tərkibini müzakirə etməyə hazırlaşır.

Xatırladaq ki, sözügedən şura ABŞ-ın rəhbərliyi ilə Qəzza zolağında uzunmüddətli sülhü təmin etmək məqsədilə nəzərdə tutulur. İsrailin bu prosesi Avropanın dəstəyi olmadan həyata keçirməyə hazır olduğu mesajı, AB ilə İsrail arasında münasibətlərdə gərginliyin artdığına işarə edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İsrail Avropa İttifaqı

Digər Xəbərlər