Reklam resmi
Reklam resmi

Almaniyada naməlum şəxs insanlara atəş açıb

Almaniyada naməlum şəxs insanlara atəş açıb
Dünya

Almaniyanın Gissen şəhərinin (Hessen ştatı) mərkəzi meydanında naməlum şəxs insanlara atəş açıb.

Ajans.az xəbər verir ki, bu barədə DPA polisə istinadən məlumat yayıb.

Məlumata görə hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Şübhəli şəxs hadisə yerindən qaça bilib, lakin hüquq-mühafizə orqanları ictimaiyyət üçün heç bir təhlükənin olmadığını düşünür.

Onun tapılması istiqamətində əməliyyat aparılır.

Hadisə yerli vaxtla 15:10 radələrində baş verib. Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

Mövzular:
Almaniya Gissen şəhəri DPA

Digər Xəbərlər