Putin MDB+ formatının yaradılmasını dəstəkləyir
Rusiya prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində yeni – MDB+ formatının yaradılmasını dəstəklədiyini bəyan edib.
Ajans.az xəbər verir ki,bu barədə “Report” TASS agentliyinə istinadən məlumat yayıb.
Putin bu fikirləri MDB liderlərinin sammitində çıxışı zamanı səsləndirib.
“Biz bu gün yeni iş formatı – MDB+ yaradılması ilə bağlı qəbul edilən qərarı əsaslı şəkildə dəstəkləyirik,” – deyə Rusiya lideri bildirib.
Onun sözlərinə görə, yeni format digər dövlətlərin MDB-nin fəaliyyətində daha fəal və sistemli şəkildə iştirakına şərait yaradacaq.
MDB+ formatı Birlik çərçivəsində əməkdaşlığın genişləndirilməsi və təşkilata üzv olmayan ölkələrlə əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.
Mövzular: