Reklam resmi
Reklam resmi

Dağıdıcı zəlzələ baş verib- Bu ölkədə...

Dağıdıcı zəlzələ baş verib- Bu ölkədə...
Dünya
767

Cümə günü Papua-Yeni Qvineyanın Bismark dənizi akvatoriyasında güclü zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki,Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin Altay-Sayan bölməsinin verdiyi operativ məlumata görə, yeraltı təkanların maqnitudası 5,9 bal təşkil edib.

Zəlzələ Bakı vaxtı ilə saat 06:08-də baş verib. Yeraltı təkanların episentri Yeni Qvineya adasının Lae şəhərindən 429 kilometr şimalda, Manus adasından isə 134 kilometr cənub-şərqdə yerləşib.

Mütəxəssislər episentrdə qeydə alınan silkələnmənin intensivliyini nəzərə alaraq, bu seysmik hadisəni “dağıdıcı” kimi qiymətləndiriblər.

ABŞ Geoloji Xidməti isə zəlzələnin maqnitudasını 6 bal olaraq müəyyən edib. Amerikalı seysmoloqların məlumatına əsasən, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib.

Hazırda təbii fəlakət nəticəsində dağıntılar və mümkün tələfatla bağlı məlumatlar dəqiqləşdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Papua-Yeni Qvineya zəlzələ

Digər Xəbərlər