Reklam resmi
Reklam resmi

Taliban Əfqanıstanda sosial mediaya məhdudiyyətlər tətbiq edib

Taliban Əfqanıstanda sosial mediaya məhdudiyyətlər tətbiq edib
Dünya

Əfqanıstanda Facebook, Instagram və X (əvvəlki Twitter) platformalarında məzmun məhdudiyyətləri tətbiq edilib.

Ajans.az xəbər verir ki,bu barədə Taliban hökumətindəki mənbələr BBC-yə məlumat veriblər.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirilib ki, müəyyən növ paylaşımları filtrdən keçirmək məqsədilə nəzarət tədbirləri görülüb. Lakin məhdudlaşdırılan konkret məzmun növləri açıqlanmayıb.

Kabildə və digər əyalətlərdə sosial media istifadəçiləri videoların görünmədiyini, platformalara çıxışın isə ya mümkün olmadığını, ya da çox zəif olduğunu deyirlər. Bu məhdudiyyətlər ölkə üzrə iki günlük internet kəsintisindən bir həftə sonra tətbiq olunub.

NetBlocks kibertəhlükəsizlik təşkilatı məhdudiyyətlərin birdən çox provayderdə təsdiqləndiyini bildirib. Taliban isə bu addımı hələ rəsmi olaraq şərh etməyib.

Talibanın hakimiyyətə qayıdışından sonra qadın və qızların hüquqları ciddi şəkildə məhdudlaşdırılıb. Onlar üçün internet bəzən yeganə informasiya və əlaqə vasitəsi olub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Taliban Əfqanıstan

Digər Xəbərlər