Reklam resmi
Reklam resmi

3000-ə yaxın şəxsin vətəndaşlığı LƏĞV EDİLDİ - Bu ölkədə

3000-ə yaxın şəxsin vətəndaşlığı LƏĞV EDİLDİ - Bu ölkədə
Dünya
1203

Rusiyada 3000-ə yaxın şəxs vətəndaşlıqdan məhrum edilib. Rusiya DİN tərəfindən əldə olunmuş vətəndaşlığın ləğvi ilə bağlı 2 875 qərar qəbul edilib.

Ajans.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyi əldə olunmuş vətəndaşlığın dayandırılması ilə bağlı 2 875 qərar qəbul edib. Bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında məlumat verib.

Nazirliyin məlumatına əsasən, bu il əvvəllər Rusiya vətəndaşlığını əldə etmiş şəxslərin vətəndaşlığının ləğv edilməsinə səbəb olan cinayətlərin siyahısı genişləndirilib.

2025-ci il ərzində Rusiya Federasiyası vətəndaşlığının dayandırılması ilə bağlı 2 875 qərar qəbul olunub. Əsas səbəblər arasında onların cinayət məsuliyyətinə cəlb olunması və ya ilkin hərbi qeydiyyata durmaq öhdəliyinin yerinə yetirilməməsi göstərilir.

Bundan əvvəl verilən məlumatda qeyd olunmuşdu ki, DİN nümayəndələri məhkum olunmuş şəxslərə Rusiya vətəndaşlığını əldə etməyin yolları barədə məlumat veriblər.

Mövzular:
Rusiya Vətəndaşlıq Rusiya DİN İrina Volk

Digər Xəbərlər