Reklam resmi
Reklam resmi

7 erməni hərbçi yaralandı? - MN-dən açıqlama

7 erməni hərbçi yaralandı? - MN-dən açıqlama
Dünya

Ermənistanda Müdafiə Nazirliyi UAZ markalı avtomobilin qəzaya uğraması nəticəsində 7 hərbçinin yaralandığı haqda mediada gedən məlumatı təkzib edib.

Ajans.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi qəza nəticəsində yalnız bir nəfərdə çox yüngül sıyrıqlar olduğunu elan edib.

MN ictimaiyyəti yalan xəbərlərə inanmamağa çağırıb.

Qeyd edək ki, erməni mediası Mehri-Qarakilsə avtomobil yolunda UAZ markalı avtomobilin qəzaya uğraması nəticəsində 7 hərbçinin yaralandığı, bir nəfərin vəziyyətinin ağır olduğunu yazıb.

Mövzular:
Ermənistan müdafiə nazirliyi yaralılar

Digər Xəbərlər