Reklam resmi
Reklam resmi

Almaniyada şəhər meri bıçaqlandı

Almaniyada şəhər meri bıçaqlandı
Dünya

Almaniyanın Herdecke şəhərinin meri İris Stalzer bıçaqla hücuma məruz qalıb.

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki, 57 yaşlı qadının vəziyyəti ağırdır.

Stalzer Almaniya Sosial Demokrat Partiyasının namizədi seçilib. O, seçildikdən qısa müddət sonra hücuma məruz qalıb. Siyasətçinin çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir. Hücum edənin kimliyi və motivləri hələlik məlum deyil. Hazırda Ennepe-Rur rayonunda böyük polis əməliyyatı aparılır, hüquq-mühafizə orqanları onun təfərrüatlarını açıqlamır. 

Mövzular:
İris Stalzer Almaniyada şəhər meri bıçaqlanma

Digər Xəbərlər