Reklam resmi
Reklam resmi

Dəhşətli zəlzələ:sunami xəbərdarlığı- Bu ölkədə...

Dəhşətli zəlzələ:sunami xəbərdarlığı- Bu ölkədə...
Dünya
788

Papua Yeni Qvineyada 6,6 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələdən sonra sunami xəbərdarlığı elan edilib.

Ajans.az ABŞ Geoloji Xidmətinə (USGS) istinadən xəbər verir ki, yeraltı təkanların episentri Morobe əyalətinin mərkəzi olan Lae şəhərindən 26 kilometr qərb-cənub-qərbdə yerləşib. Zəlzələnin təxminən 100 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Hazırda dağıntılar və mümkün tələfatla bağlı rəsmi məlumat verilməyib. Yerli hakimiyyət orqanları vəziyyəti izləyir və əhaliyə ehtiyatlı olmaq tövsiyə olunur.

Qeyd edək ki, Papua Yeni Qvineya Sakit Okean “Alov halqası” adlandırılan və seysmik fəallığın yüksək olduğu bölgədə yerləşir. Bu ərazi dünyada ən çox zəlzələlərin və vulkan püskürmələrinin baş verdiyi yerlərdən biridir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Papua Yeni Qvineya zəlzələ

Digər Xəbərlər