Ərdoğan ortaq türk əlifbasının yaradılmasının sürətləndirilməsini təklif edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ortaq türk əlifbasının yaradılması prosesinin sürətləndirilməsinə çağırıb.
Ajans.az xəbər verir ki,bu barədə o, hazırda Azərbaycanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib:
“Biz ortaq türk əlifbasının yaradılması prosesini sürətləndirməliyik”, – deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan, həmçinin, tanınmış yazıçı Çingiz Aytmatov və "Oğuznamə" haqqında əsərlərin artıq ortaq türk əlifbası ilə nəşr olunduğunu və həmin nəşrlərin bu gün tədbirə qatılan hər bir dövlət başçısına təqdim ediləcəyini bildirib.
Türkiyə Prezidenti çıxışı zamanı həmçinin yeni bir təklif irəli sürüb:
“15 dekabrın Ortaq Türk Dili Günü kimi təsis edilməsini təklif edirəm.”
Mövzular: