Reklam resmi
Reklam resmi

Almaniya Eurovision-dan çıxmaqla hədələyir

Almaniya Eurovision-dan çıxmaqla hədələyir
Dünya

Almaniya, İsrailin Eurovision Mahnı Müsabiqəsindən kənarlaşdırılması halında yarışmada iştirak etməyəcəyini bəyan edib.

Ajans.az xəbər verir ki,bu barədə Almaniyanın kansleri Fridrix Merz ARD dövlət televiziyasına müsahibəsində bildirib.

May ayında Avstriyanın paytaxtı Vyanada keçiriləcək Eurovision 2025 müsabiqəsində Almaniyanın iştirak edib-etməyəcəyi ilə bağlı suala cavab verən Merz, əgər İsrailin iştirakına icazə verilməzsə, Almaniyanın könüllü şəkildə müsabiqədən çəkilməsini “tam dəstəkləyəcəyini” vurğulayıb.

"Bu məsələnin ümumiyyətlə müzakirəyə çıxarılması belə qalmaqaldır", – deyə Merz sərt reaksiya verib.

Onun bu açıqlaması Avropa Yayım Birliyi (EBU) daxilində gərginliyi daha da artırıb. Belə ki, İspaniya, Hollandiya, İslandiya, Sloveniya və İrlandiya da daxil olmaqla bir sıra ölkələr İsrailin müsabiqədə iştirak edəcəyi təqdirdə yarışmadan çəkiləcəklərini bəyan ediblər.

İsrailin iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarın EBU-nun noyabr ayında keçiriləcək iclasında səsverməyə çıxarılacağı gözlənilir.

Bu arada İsrailin ictimai yayımçısı KAN ölkəni Eurovision-da təmsil edəcək iştirakçının seçimi üçün ilkin mərhələyə start verildiyini açıqlayıb və yarışma ilə bağlı yayım planlarını da təqdim edib.

 

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Almaniya Eurovision

Digər Xəbərlər