Siyarto: Türk ölkələri Macarıstanın əsas müttəfiqləridir
Macarıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə enerji sahəsində əməkdaşlığı gücləndirməkdə davam edəcək.
Ajans.az xəbər verir ki,bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto sosial şəbəkədəki rəsmi hesabında paylaşım edib.
Nazir bildirib ki, Budapeşt ölkənin enerji təhlükəsizliyini təmin etmək və iqtisadi tənəzzül riskini azaltmaq üçün daima yeni enerji mənbələri axtarışındadır.
“Bu strategiyada türk dünyası bizim əsas müttəfiqlərimizdən biridir. Biz Türkiyənin qonşusu olmayan, lakin oradan təbii qaz idxal edən ilk ölkə olmuşuq. Macarıstanın enerji şirkətləri artıq Azərbaycanın əsas neft və qaz yataqlarında paya sahibdir. Bu il Qazaxıstandan 600 min ton neft idxal etməyi planlaşdırırıq ki, bu da ümumi neft idxalımızın 8 faizini təşkil edir. Özbəkistan isə Hungar texnologiyasından istifadə edərək Hungar elektrik stansiyasının tikintisini davam etdirəcək. Macarıstan-Türkiyə enerji əməkdaşlığı da uğurla inkişaf edir”, – deyə Siyarto vurğulayıb.
Nazir əlavə edib ki, Macarıstanın enerji təchizatını diversifikasiya etməsi Avropadakı enerji böhranı və Brüsselin, onun sözləri ilə desək, “səhv qərarları” ilə bağlıdır.
“Brüssel siyasi motivlərlə hərəkət edərək enerji təchizatı mənbələrini və marşrutlarını məhdudlaşdırır. Bu isə enerji təhlükəsizliyini risk altına qoyur”, – deyə o qeyd edib.