Reklam resmi
Reklam resmi

Rusiya ordusu Donetskdə kəndi nəzarətə götürüb

Rusiya ordusu Donetskdə kəndi nəzarətə götürüb
Dünya

Rusiya Müdafiə Nazirliyi Donetsk Xalq Respublikasının (DXR) Fedorovka kəndinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini açıqlayıb.

Ajans.az xəbər verir ki,bu barədə nazirlik xüsusi hərbi əməliyyat zonasında vəziyyətə dair gündəlik brifinq zamanı məlumat yayıb.

Məlumata görə, kəndin ələ keçirilməsi Rusiya ordusunun Cənub Qüvvələri Qrupunun (CQG) bölmələri tərəfindən həyata keçirilib.

Nazirlik həmçinin bildirib ki, Rusiya qüvvələri Donetsk Xalq Respublikasının Dronovka, Pleşçeyevka, Seversk, Zakotnoye, Rezninovka və Konstantinovka kəndləri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin üç briqadası və ərazi müdafiə briqadasına qarşı döyüşlərdə üstünlük qazanıb.

Hazırda bölgədə döyüş əməliyyatları davam edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Müdafiə Nazirliyi Donetsk

Digər Xəbərlər