Məşhur aparıcı efirə yaralı halda çıxdı
Məşhur britaniyalı teleaparıcı Saymon Kouell qısa müddətlik efirdən uzaqlaşdıqdan sonra pərəstişkarları ilə yenidən əlaqə yaradıb.
Ajans.az The Sun-a istinadən xəbər verir ki, “Instagram”da (Rusiyada qadağan olunub; ekstremist təşkilat kimi tanınan və Rusiyada fəaliyyəti qadağan edilmiş “Meta” şirkətinə məxsusdur) paylaşdığı videoda o, yaralı üzünü nümayiş etdirib.
Kouell-in münsif kimi iştirak etdiyi “Britain’s Got Talent” layihəsinin dinləmələrini buraxdığı bildirilir. Videoda televiziya ulduzu verilişin çəkilişlərinə qayıtdığını açıqlayıb və alnındakı göyərməni göstərib.
O, pərəstişkarlarını vəziyyətinin yaxşı olduğuna inandırıb, lakin hadisə barədə əlavə təfərrüat paylaşmayıb. “Aparıcı başından aldığı zərbə səbəbindən dəhşətli miqren keçirib. Lakin hazırda o, özünü yaxşı hiss edir”, – Kouellə yaxın mənbə bildirib. Mənbə teleaparıcının zədəni necə aldığı barədə məlumat verməyib.
