Hakan Sabancının jesti Hande Erçeldən ayrıldıqdan sonra diqqət çəkdi
Tanınmış iş adamı Hakan Sabancı keçmiş sevgilisi, aktrisa Hande Erçel ilə ayrıldıqdan sonra sosial mediada etdiyi hərəkətlə yeni spekulyasiyalara səbəb olub.
Ajans.az yerli KİV-ə istinadən xəbər verir ki,o, aktrisa Tuba Büyüküstünün Paris Moda Həftəsində çəkilmiş fotosunu “bəyənib”. Daha sonra isə bu bəyənməni sildiyi bildirilir – görünür, izləyicilərin bunu fərq etməsi Sabancını addımını geri atmağa vadar edib.
Sabancı və Erçel Türkiyə şou-biznesinin ən çox danışılan cütlüklərindən biri idi. Təxminən üç il davam edən münasibət ərzində birgə səyahətləri və təkrarlanan ayrılıq şayiələrinə baxmayaraq, cütlük mediada tez-tez “ayrılmaz” kimi təqdim olunurdu.
Ayrılıq xəbəri Hande Erçelin sosial media hesabından Sabancı ilə olan bütün şəkilləri silməsindən sonra təsdiqləndi. Hakan Sabancı da bir müddət sonra eyni addımı atdı. Medianın iddiasına görə, ayrılığın səbəbləri arasında ailədaxili narazılıqlardan tutmuş xəyanət ehtimallarına qədər müxtəlif versiyalar mövcuddur.
Hakan Sabancının adı son aylarda bir neçə qadınla hallansa da, bu münasibətlərin heç biri rəsmi şəkildə təsdiqlənməyib.