Rusiyada helikopteri məhv ediblər
Kursk vilayətində yerləşən Patriot parkında naməlum şəxslər helikopterə ciddi ziyan vurublar.
Ajans.az xəbər verir ki,bnu barədə məlumat yerli “Kursky Bomond” ictimai qrupunun “VKontakte” səhifəsində paylaşılıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə helikopterin ön şüşəsinin sındırıldığı, gövdəsində isə dərin cızıqların olduğu görünür. Həmçinin ərazidəki səki plitələrinin də qırıldığı bildirilir.
"Mühafizəçilər vəziyyətə nəzarət edə bilmir", – paylaşımda qeyd olunub.
Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik heç bir açıqlama verilməyib.
Mövzular: